Bayden Starmerlə görüşəcək

Sep 7, 2024 - 15:08
 0
Bayden Starmerlə görüşəcək

ABŞ Prezidenti Co Bayden sentyabrın 13-də Vaşinqtonda Böyük Britaniyanın Baş naziri Key Starmerlə görüşəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb.

O qeyd edib ki, bu, Böyük Britaniyanın yeni baş nazirinin iyulda vəzifəyə gəlməsindən sonra iki lider arasında Ağ Evdə ikinci görüş olacaq.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, tərəflər ortaq maraqlarla bağlı bir sıra qlobal məsələləri, o cümlədən Ukraynaya davamlı dəstək, Qəzza zolağında atəşkəslə bağlı razılaşmaların əldə edilməsi, Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edəcəklər.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow