"Necə xahiş etmişdimsə, elə də oynadılar" - Simone İnzagi

Sep 19, 2024 - 13:25
 0
"Necə xahiş etmişdimsə, elə də oynadılar" - Simone İnzagi

"İnter"in baş məşqçisi Simone İnzagi Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Mançester Siti"yə qarşı səfərdə keçirdikləri oyunu dəyərləndirib.

Fanat.az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Futbolçularıma "əhsən, uşaqlar" dedim. Onlar yüksək səviyyəli oyun sərgilədilər. Mən onlardan necə xahiş etmişdimsə, elə də oynadılar. "Mançester Siti"nin nəyə qadir olduğunu hamımız bilirik. Maksimum güc sərf etməli olduğumuzun fərqindəydik. 

Bir neçə yaxşı qol imkanı da yaratdıq. Yaxşı komanda oyunu sərgiləyəndə istənilən rəqibin işini çətinləşdiririk". 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow