Pavel Durov azadlığa buraxıldı

Aug 28, 2024 - 19:32
 0
Pavel Durov azadlığa buraxıldı

“Telegram” messencerinin təsisçisi Pavel Durovun işinə baxılan məhkəmə prosesi keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilir ki, hakim Durovun ilkin dindirilməsi və mümkün ittihamların irəli sürülməsi məqsədilə onun həbsdə saxlanmasını dayandırıb.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də axşam Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən düşərkən saxlanılıb. Sahibkar Fransaya Azərbaycandan gəlib. Fransa polisi “Reuters” agentliyinə bildirib ki, iş adamı “Telegram”da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow