“İran ilin sonuna qədər özünü nüvə dövləti elan edə bilər” – Mayk Törner

Aug 19, 2024 - 15:30
 0
“İran ilin sonuna qədər özünü nüvə dövləti elan edə bilər” – Mayk Törner

İran 2024-cü ilin sonuna kimi nüvə silahına malik olduğunu elan edə bilər.

Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədri Mayk Törner “CBS News” telekanalına müsahibəsində deyib.

“İranın ilin sonuna qədər özünü nüvə dövləti elan etməsi ehtimalı var”, - Törner bildirib.

Eyni zamanda, Törner jurnalisitn “Bu məlumatı təsdiqləmək və Tehranın nüvə silahı yaradıb-yaratmadığına dair birmənalı nəticəyə gəlmək olarmı?” sualına mənfi cavab verib.

Konqresmen həmçinin ABŞ-nin hazırkı Prezidenti Co Bayden administrasiyasını İranda nüvə silahının yaranmasına səbəb ola biləcək razılıqda ittiham edib. Qanunvericinin fikrincə, bu, ABŞ-nin uzun illərdir ki, qarşısını almağa çalışdığı ciddi eskalasiyaya səbəb ola bilər.

“İranın Bayden administrasiyası zamanı malik olduqları çeviklik və fəaliyyət azadlığı onlara həm seçkilərimizə təsir etmək, həm prezidentliyə namizəd Donald Trampa sui-qəsd təşkil etmək, həm də nüvə silahları və nüvə zənginləşdirmə proqramlarını inkişaf etdirmək imkanı verdi”, - Konqresmen bildirib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow