“Sülh sazişinin imzalanması üçün nəsə edə bilsək, çox şad olarıq” – Putin

Aug 19, 2024 - 15:25
Aug 19, 2024 - 15:27
 0
“Sülh sazişinin imzalanması üçün nəsə edə bilsək, çox şad olarıq” – Putin

“Rusiya Cənubi Qafqazda vəziyyətin nizamlanmasında iştirak etməyə hazırdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib.

“Artıq Sizinlə dünən bu məsələyə toxunmuşuq, bu gün davam etdirəcəyik. Bu, Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir. Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir. Amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə”, - V. Putin bildirib.

“Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq”, - Rusiya Prezidenti qeyd edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow