Mbappe "Qızıl buts"a sahib çıxdı - FOTO

Sep 17, 2024 - 10:26
 0
Mbappe "Qızıl buts"a sahib çıxdı - FOTO

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe "Qızıl buts"u (Çempionlar Liqasının bombardirinə verilən mükafat) alıb. 

Fanat.az xəbər verir ki, bu barədə fransalı özü sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

“Həmişə daha çox acam. Keçmiş PSJ komanda yoldaşlarıma və əməkdaşlarıma təşəkkür edirəm”.

Kilian Mbappe ÇL-in 2023/24 mövsümündə PSJ-nin heyətində 8 qol vurub. Parislilər yarımfinala yüksəliblər. O, yayda "Real Madrid"ə keçib.

Kilian Mbappe PSJ-də ötən mövsüm ümumilikdə cəmi 48 matç keçirərək 44 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow