"Onunla bir komandada oynadığım üçün xoşbəxtəm" - Erlinq Holand

Aug 21, 2024 - 18:39
 0
"Onunla bir komandada oynadığım üçün xoşbəxtəm" - Erlinq Holand

"Mançester Siti"nin hücumçusu Erlinq Holand komanda yoldaşı Filip Fodenin İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı oyunçusu seçilməsinə münasibət bildirib.

Fanat.az xəbər verir ki, "Fotmob" norveçli qoleadorun sözlərini belə çatdırıb:

"Fodeni sadəcə, əla insan sayıram. Onunla bir komandada oynamaq, zarafatlaşmaq xoşdur. Fil doğrudan da inanılmaz oyunçudur. Onun məşqlərdə nələr etdiyini görmürlər. Etdikləri fantastikdir. Onunla bir komandada oynadığım üçün xoşbəxtəm".

Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 53 matça çıxan Foden 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow