"Barselona" mənə qarşı kampaniya aparır" - Xavi dözmədi

Sep 17, 2024 - 22:11
 0
"Barselona" mənə qarşı kampaniya aparır" - Xavi dözmədi

"Barselona"nın sabiq baş məşqçisi Xavi Kataloniya klubunun son hərəkətlərindən narazıdır. 

Fanat.az xəbər verir ki, məlumatı AS yayıb. 

Xaviyə yaxın mənbəyə istinadən edən nəşr mütəxəssisin və onun ailəsinin bundan narahat olduğunu iddia edib. "Barselona"nın əfsanəsi hesab edir ki, keçmiş klubu onu gözdən salmaq üçün kampaniya aparır. Konkret, yarımmüdafiəçi Pedrinin son sözləri Xavinin xoşuna gəlməyib. Futbolçu bildirib ki, yeni məşqçilər korpusu ilə komanda fiziki cəhətdən daha yaxşı işləyir, ona görə də 70-ci dəqiqədən sonrakı matçlarda sürəti azalmır. Bu açıqlamanın ona yönəldiyini düşünən Xavi fiziki göstəricilərə əsaslanaraq bu fikri ədalətsiz hesab edir. Gənc mütəxəssis klubun düşərgəsindən gələn digər mesajlardan da narazıdır. 

Qeyd edək ki, bu yay Hans-Diter Flikə tapşırılan "Barselona" La Liqada keçirdiyi ilk beş matçda beş qələbə qazana bilib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow