"Real"ın ulduzunun yeni klubu bilindi

Aug 21, 2024 - 21:19
 0
"Real"ın ulduzunun yeni klubu bilindi

"Real Madrid"in yarımmüdafiəçisi Niko Pas klubunu dəyişməyə yaxınlaşır.

Fanat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, "Kral klubu" Karlo Ançelottinin planlarına daxil olmayan argentinalı yarımmüdafiəçini yeni komandaya buraxmaq qərarına gəlib.

Artıq futbolçunun müştərisi də tapılıb. İtaliya klubu "Komo" "Real"a Niko Pas üçün rəsmi təklif göndərib. Tərəflər demək olar ki, razılığa gəliblər. Anlaşmaya görə, madridlilər yarımmüdafiəçisinin növbəti transferi zamanı həm geri almaq, həm də məbləğin müəyyən faizini əldə etmək hüququna malik olacaq.

"Komo" Niko ilə şəxsi müqavilənin detalları barədə də razılığa gəlib. 

Xatırladaq ki, İtaliya təmsilçisini Sesk Fabreqas çalışdırır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow