"MY oyunçuların qəbiristanlığına çevrilib" - Nevill əsas problemi açıqladı

Sep 2, 2024 - 16:14
 0
"MY oyunçuların qəbiristanlığına çevrilib" - Nevill əsas problemi açıqladı

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Premyer Liqasının son turunda "Liverpul"a 0:3 hesabı ilə uduzan "qırmızı şeytanlar"ın əsas problemini açıqlayıb.

Fanat.az xəbər verir ki, "Daily Mail" onun sözlərini belə çatdırıb:

"MY-nin ən böyük problemi budur ki, hazırda Avropanın ən yaxşı futbolçuları bu kluba keçməyə həvəsləri yoxdur. "Mançester Yunayted" son 10 ildə oyunçuların qəbiristanlığına çevrilib.

Hərçənd baş məşqçi Erik ten Haqın isə ən azı Milad bayramına qədər postunda qalacağını düşünürəm. Həmin vaxta qədər turnir cədvəlinin ortalarında qərarlaşsalar belə, bu yöndə durum dəyişməyəcək. Bu başqa məsələ ki, o, artan tənqidlərə tab gətirməlidir. Rəhbərlik bir neçə ay öncə ten Haqla müqavilə yeniləyib. Hələ bir neçə ay işinə davam edəcəyinə şübhəm yoxdur".

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow