İlkay Gündoğan "Barselona"dan bunu istədi - SON DURUM

Aug 18, 2024 - 12:01
 0
İlkay Gündoğan "Barselona"dan bunu istədi - SON DURUM

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klub rəhbərliyinə karyerasını başqa yerdə davam etdirmək istədiyini bildirib.

Fanat.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Xəbərə görə, baş məşqçi Hans-Diter Flik və idman direktoru Deko 33 yaşlı futbolçunun komandanı tərk etmək planlarından artıq xəbərdardır.

Gündoğan La Liqanın 1-ci turunun "Valensiya" ilə matçında heyətdə yer almayıb.

Gündoğanın xidmətində Səudiyyə Ərəbistanı və Türkiyə klublarının maraqlı olduğu bildirilir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow