Qvardioladan "Mançester Siti"nin işçilərinə hədiyyə

Aug 29, 2024 - 23:40
 0
Qvardioladan "Mançester Siti"nin işçilərinə hədiyyə

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubun işçilərinə pul hədiyyə edib. 

Qol.az “The Times” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis əsas komandanın təxminən 60-70 nəfər işçisinin hər birinə 10 min funt sterlinq məbləğində pul verib. Sözügedən işçilərin arasında aşpazlar, terapevtlər, mühavizəçilər də var.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”nin baş məşqçisidir. Ötən mövsüm "şəhərlilər" “Arsenal” və “Liverpul”u geridə qoyaraq İngiltərə Premyer Liqasının çempionu olublar.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow