Reklam Agentliyi əməkdaşlarının futbol oynaması üçün 4 800 manat xərcləyəcək

Aug 20, 2024 - 15:58
 0
Reklam Agentliyi əməkdaşlarının futbol oynaması üçün 4 800 manat xərcləyəcək

Azərbaycan Dövlət Reklam Agentliyi “Azfar-Trans” MMC (VÖEN – 1503127271) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Dövlət Reklam Agentliyi bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Dövlət Reklam Agentliyi əməkdaşlarını idman fəaliyyətinə cəlb etmək üçün “Azfar-Trans” MMC-dən bir il müddətinə futbol meydançaları icarəyə götürəcək və qarşılığında 4 min 800 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 2008-ci ildən fəaliyyət göstərən “Azfar Group” şirkəti həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow