"Kamala Harris də ona əyməyəcək" - Bayden

Aug 20, 2024 - 16:02
 0
"Kamala Harris də ona əyməyəcək" - Bayden

ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının Çikaqoda keçirilən Milli Konvensiyasında çıxış edərək prezident kimi fəaliyyətinə yekun vurub. 

Qaynarinfo "Amerikanın Səsi"nə istinadla xəbər verir ki, o, uğurları arasında Ukraynanı və onun Rusiya təcavüzünə müqavimət göstərmək qabiliyyətini qeyd edib.

Bayden vurğulayıb ki, nə o, nə də onun varisi Kamala Harris Putinə boyun əymək niyyətindədir:

"Tramp Putinin qarşısında diz çökəcək. Mən bunu heç vaxt etmədim və sizə söz verirəm ki, Kamala Harris də heç vaxt etməyəcək. Putin üç günə Kiyevi ala biləcəyini düşünürdü. Üç il keçsə də, Ukrayna hələ də azaddır".

O, həmçinin administrasiyasının qlobal alyansların möhkəmləndirilməsində uğurlarını qeyd edib.

"NATO-nu gücləndirmək üçün Avropadakı tərəfdaş dövlət başçılarıyla təxminən 190 saat vaxt keçirdim. Biz bunu bacardıq, İsveç və Finlandiyanı NATO-ya qataraq, illərdir olmayan bir şeyi etdik, Avropanı birləşdirdik", - o vurğulayıb.

Bayden həmçinin amerikalıları Harrisə səs verməyə çağırıb və onu prezidentlik yarışından çəkilməyə inandıranlara qarşı kin saxlamadığını deyib.

"Amerika, mən sizə 50 il ərzində əlimdən gələnin ən yaxşısını verdim", - o deyib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow