Rusiya XİN rəsmisi: London BRİKS-in genişlənməsindən yox, öz deqradasiyasından qorxmalıdır

Sep 4, 2024 - 07:54
 0
Rusiya XİN rəsmisi: London BRİKS-in genişlənməsindən yox, öz deqradasiyasından qorxmalıdır

“Böyük Britaniya BRİKS-in genişlənməsindən narahat olmaqdansa, “liberal tənəzzül” səbəbindən texnoloji deqradasiyasından qorxmalıdır”.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braunun krallığın inkişafı ilə bağlı bəyanatına münasibət bildirərək deyib.

Diplomat Braunun BRİKS-in genişlənməsi səbəbindən yaranan əlaqələri “potensial təhlükəli” sözlərinə diqqət çəkib:

“BRİKS-ə üzv ölkələrin sayının iki dəfə artması dünya ictimaiyyətinin neokolonial zülmün boyunduruğundan əl çəkib öz milli maraqlarına uyğun inkişaf etmək, sivilizasiya ənənələrini qoruyub saxlamaq və Qərb liberal diktaturasının dağıdıcı təsirinin qarşısını almaq əzminindən xəbər verir. Təhlükəyə gəlincə, London ilk növbədə Britaniyada liberal tənəzzül nəticəsində baş vermiş texnoloji deqradasiyadan ehtiyatlanmalıdır”.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow