Salah Anrini qabaqladı - Rekorda bir addım qaldı

Sep 2, 2024 - 10:00
 0
Salah Anrini qabaqladı - Rekorda bir addım qaldı

Ötən gün Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilən matçda "Liverpul" "Mançester Yunayted" üzərində darmadağın (3:0) qazanıb.

Fanat.az xəbər verir ki, mersisaydlıların hücumçusu Məhəmməd Salah görüşdə bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. 

"Opta Sport"-un hesablamasına görə, misirli ulduz Premyer Liqada həm qol vurduğu, həm də assistentlik etdiyi oyunlarının sayını 33-ə çatdırıb. O, bu göstəriciyə görə Tyerri Anrini (32) qabaqlayıb.

Rekord isə Ueyn Runiyə məxsusdur - 36 matç.

Qeyd edək ki, 3 turdan sonra "Liverpul" 9 xalla 1-2-ci yerləri bölüşdürür. Salahın hesabında 3 qol, 3 məhsuldar ötürmə var.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow