Ronaldu baş məşqçisiz qaldı

Aug 18, 2024 - 23:07
 0
Ronaldu baş məşqçisiz qaldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçi Luis Kastronu istefaya göndərib.

Fanat.az xəbər verir ki, bu barədə "Aawsat" məlumat yayıb. 

Mənbənin məlumatına görə, Kriştianu Ronaldunun formasını geyindiyi komanda portuqaliyalı mütəxəssislə yollarını ayırıb.

62 yaşlı mütəxəsssislə müqaviləyə xitam verilib.

İstefaya səbəb komandanın superkubokun final matçında “Əl-Hilal”a 1:4 hesabı ilə məğlub olmasıdır.

Luis Kastro ötən ilin yayından “Əl-Nəsr”i çalışdırırdı.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow