"Real Madrid"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

Sep 16, 2024 - 17:57
 0
"Real Madrid"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

"Real Madrid"in yarımmüdafiəçisi Brahim Dias zədələnib.

Fanat.az xəbər verir ki, məlumatı "Kral klubu"nun mətbuat xidməti yayıb.

Məlumata görə, La Liqanın 5-ci turunda “Real Sosyedad”la oyunda (2:0) sağ budundan xəsarət alan və Rodriqo ilə əvəzlənən Brahim bir müddət komandasına kömək edə bilməyəcək.

"Marca" isə Diasın təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Qeyd edək ki, 25 yaşlı orta xətt oyunçusu bu mövsüm La Liqada 5 matça çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow