"Real"dan inanılmaz rekord

Aug 20, 2024 - 17:04
 0
"Real"dan inanılmaz rekord

İspaniya La Liqasının 1-ci turunda səfərdə "Malyorka" ilə heç-heçə edən (1:1) "Real Madrid" tarixinin çempionatdakı ən uzun məğlubiyyətsizlik seriyasını davam etdirib.

Fanat.az xəbər verir ki, "Kral klubu" ardıcıl 33 oyundur ki, La Liqada uduzmur - 24 qələbə 9 bərabərlik.

"Real"ın əvvəlki belə seriyası 1988-ci ilin mayından 1989-cu ilin aprelinə qədər qeydə alınıb. Həmin vaxt paytaxt təmsilçisi 21 qələbə 9 heç-heçə ilə yadda qalıb.

Qeyd edək ki, İspaniya nəhəngi növbəti çempionat matçını avqustun 25-də "Valyadolid"ə qarşı keçirəcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow