"Barselona"nın ulduzu başqa La Liqa klubuna keçdi - RƏSMİ

Aug 26, 2024 - 13:44
 0
"Barselona"nın ulduzu başqa La Liqa klubuna keçdi - RƏSMİ

"Barselona"nın hücumçusu Vitor Rokenin yeni klubu məlum olub. 

Fanat.az xəbər verir ki, o, mövsümün sonuna qədər icarə əsasında "Betis"ə keçib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Barselona" 19 yaşlı braziliyalı futbolçunu 2024-cü ilin əvvəlində "Atletiko Paranaense"dən alıb. Forvard kataloniyalıların heyətində 16 oyun keçirib və 2 qol vurub.

Vitor Roke “Atletiko Paranaense”nin heyətində 81 matçda iştirak edib və 28 qol vurub. O, 2023-cü ilin martında Braziliya millisində debüt edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow