Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqladı

Aug 25, 2024 - 18:23
 0
Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqladı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqlayıb.

Fanat.az xəbər verir ki, ispan mütəxəssis jurnalistlərin ona "Erlinq Haland, yoxsa Lionel Messi" sualını cavablandırıb.

"beIN Sports" Qvardiolanın konkret cavabını belə təqdim edib: "Halandın statistikası ağlasığmazdır. O, yaşına görə çox irəli gedib. Ancaq həyatda gördüyüm ən mükəmməl hücumçu Messidir".

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Argentinalının transfer qiyməti hazırda 30 milyon avrodur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow