Rusiya səfirliyi Fransa XİN-ə nota göndərdi

Aug 25, 2024 - 18:19
 0
Rusiya səfirliyi Fransa XİN-ə nota göndərdi

Rusiyanın Parisdəki səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək “Telegram” messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalının efirində bildirib.

“Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib”, - deyə Zaxarova bildirib.

Rusiyanın Parisdəki səfirliyinin mətbuat xidmətindən bildirilib ki, diplomatik missiya Fransa hakimiyyətindən Durovun hüquqlarına riayət olunmasını təmin etməyi tələb edib, lakin Paris indiyədək bu məsələdə qarşılıqlı əlaqədən yayınıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow