Azərbaycanda bu sahələrdə işləyənlər 2 min manatdan çox əmək haqqı alır – Siyahı

Aug 25, 2024 - 18:18
 0
Azərbaycanda bu sahələrdə işləyənlər 2 min manatdan çox əmək haqqı alır – Siyahı


Xəbər verdiyimiz kimi, bu ilin ilk yarısında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq 1002 manat 80 qəpik təşkil edib.

 
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, muzdla çalışan işçilər arasında ən yüksək əmək haqqını mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi sahəsində işləyənlər alır. Bu sahədə işləyən muzdlu işçilər ayda orta hesabla 4 min 328 manat əmək haqqı alırlar.

Qeyd edək ki, ay ərzində 2 min manatdan yüksək əmək haqqını aşağıdakı sahələrdə işləyənlər alır:

- Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi – 4 328 manat
- Xam neft və təbii qaz hasilatı – 3 915 manat
- Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 3 434,8 manat
- Sığorta, təkrar sığorta və pensiya təminatı – 3 277,8 manat
- Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) – 2 884,8 manat
- Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 2 614 manat
- Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2 303,4 manat
- Metal filizlərinin hasilatı – 2 230,8 manat
- Su nəqliyyatının fəaliyyəti – 2 173,4 manat
- Rabitə - 2 045,4 manat
- Hava nəqliyyatının fəaliyyəti – 2 030,5 manat

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow