Dövlət Sərhəd Xidməti bu şirkətdən qalxan, qılınc, xəncər alır

Sep 17, 2024 - 15:12
 0
Dövlət Sərhəd Xidməti bu şirkətdən qalxan, qılınc, xəncər alır

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi “ME.GA.AN” MMC (VÖEN – 1800284991) olub.

Yeniavaz.com xəbər verir ki, DSX “ME.GA.AN” MMC-dən milli geyimlər və ləvazimatlar alacaq və buna görə Dövlət Xidməti “ME.GA.AN” şirkətinə 70 min 219 manat 44 qəpik ödəyəcək.

Qeyd edək ki, “ME.GA.AN” şirkətinin DSX-yə satacağı milli geyimlər və ləvazimatlar əsasən aşağıdakılardan ibarət olacaq:

Rəqqas geyimi və çəkməsi (kişi) – 16 dəst və 16 cüt;
Rəqqas geyimi və çəkməsi (qadın) – 16 dəst və 16 cüt;
Cigid geyimi (kişi) – 17 dəst;
Cigid geyimi (qadın) – 4 dəst;
Milli papaq (qaragül dəri) – 35 ədəd;
Qalxan, qılınc, xəncər – hər birindən 16 ədəd;
Qaval – 6 ədəd;
Nağara – 16 ədəd.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ME.GA.AN” MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow