MDB oyunları ilə bağlı ilk tenderin nəticəsi məlum oldu – 83 min manat ayrıldı

Sep 3, 2024 - 16:50
 0
MDB oyunları ilə bağlı ilk tenderin nəticəsi məlum oldu – 83 min manat ayrıldı

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “AZ.ARXİTEKTURA” MMC (VÖEN- 6001265561) olub.

Müsabiqənin şərtlərinə görə, “AZ.ARXİTEKTURA” MMC Müstəqil Dövətlər Birliyi (MDB) oyunlarının keçiriləcəyi Göygöl rayonunda Olimpiya İdman Kompleksinin təmiri üçün layihə-smeta sənədlərini  hazırlayacaq və qarşılığında 83 min manat alacaq.

Məlumat üçün bildirək ki, MDB oyunları 2025-ci ildə Gəncə şəhərində keçiriləcək. Bu, sayca 3-cü MDB oyunları olacaq. İlk dəfə 2021-ci ildə Rusiyada (Kazan şəhəri) keçirilən MDB oyunları 2-ci dəfə 2023-cü ildə Belarusda (Minsk şəhəri) keçirilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin tender müsabiqəsi MDB oyunları ilə bağlı keçirilən ilk tender müsabqəsidir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow