Luis Suares MLS-də rekorda imza atdı

Aug 25, 2024 - 11:20
 0
Luis Suares MLS-də rekorda imza atdı

“İnter Mayami”nin hücumçusu Luis Suares klubunun rekordçusu olub. 

Fanat.az xəbər verir ki, uruqvaylı forvard "Cincinnati" ilə görüşdə dubl edib.

Bunun üçün ona cəmi 6 dəqiqə lazım olub. Fasiləyə az qalmış “qaralar” azlıqda qalsalar da, tablodakı hesab dəyişməyib – 2:0. 

Beləliklə, Suares MLS-in cari mövsümündə 19 matçda 14 qol vurub. "Opta"nın hesablamasına görə, 37 yaşlı forvard indiyə qədər MLS-də bir mövsümdə ən çox qol vuran "İnter Mayami"li olub. 

Bu mövsüm Luis Suaresin ABŞ-dakı debütüdür. Ulduz futbolçu hazırkı klubuna 2024-cü ilin əvvəlində azad agent kimi keçib. O, bundan əvvəl Braziliyanın "Qremio"da çıxış edib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow