"Mançester Yunayted" sonuncu dəfə ötən əsrdə bu vəziyyətə düşmüşdü - Antirekord

Sep 2, 2024 - 11:45
 0
"Mançester Yunayted" sonuncu dəfə ötən əsrdə bu vəziyyətə düşmüşdü - Antirekord

İngiltərə Premyer Liqanın 3-cü turunun matçında "Mançester Yunayted" "Liverpul"a böyük hesabla (0:3) məğlub olub.

Fanat.az xəbər verir ki, bu yenilgi "qırmızı şeytanlar"ən baş məşqçisi Erik ten Haq üçün antirekordla yadda qalıb. 

"Opta Sports"-un hesablamasına görə, niderlandlı mütəxəssis "Mançester Yunayted" baş məşqçisi kimi keçirdiyi rəsmi matçlarının 28 faizini (118-dən 33-də) uduzub. Bu, isə 1977-ci ildə Tommi Doçertidən (28,5 faiz) sonra klubda ən azı 100 oyun keçirən baş məşqçilər arasında ən pis göstəricidir.

Qeyd edək ki, "Mançester Yunayted" 3 turda cəmi 3 xal toplayaraq Premyer Liqada 14-cü pillədə yer alır. 

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow