İngiltərə millisinin üzvü klubunu dəyişir - Üçqat baha qiymətə

Aug 27, 2024 - 16:32
 0
İngiltərə millisinin üzvü klubunu dəyişir - Üçqat baha qiymətə

"Nyukasl" İngiltərə millisinin müdafiəçisi Mark Qexinin transferini "Kristal Pelas"la razılaşdırmağa yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Klublar 24 yaşlı futbolçunun 70 milyon funt-sterlinqə (təxminən 83 milyon avro) transferini müzakirə edir.

"Kristal Pelas" Qexini 2021-ci ilin yayında 23,34 milyon funt-sterlinqə "Çelsi"dən alıb. O, AÇ-2024-də İngiltərə yığmasının əsas oyunçularından idi.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow