Ançelotti narahatdır: "Yavaş oynayırıq, hərəkətlilik yoxdur"

Aug 30, 2024 - 16:55
 0
Ançelotti narahatdır: "Yavaş oynayırıq, hərəkətlilik yoxdur"

"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 3-cü turunda "Las Palmas"la heç-heçəni (1:1) şərh edib.

Fanat.az xəbər verir ki, "Marca" nəşri ardıcıl iki oyunda xal itirən madridlilərin çalışdırıcısının dediklərini belə çatdırıb:

“İlk hissə pis keçdi, oynamaq, tarazlığı qorumaq variantları tapmaq bizim üçün çətin idi... “Malyorka” ilə matçda (1:1) da eyni vəziyyət idi. Biz tez bir həll yolu axtarmalıyıq və düşünürəm ki, biz onu tapacağıq. Problem yarananda onun həllini tapmaq məşqçinin üzərinə düşür. Düşünmürəm ki, bu, psixoloji problemdir, komanda yaxşı məşq edir, xarakter və münasibət çatışmazlığı yoxdur. Hərdən futbolda belə olur: ən yaxşı oyununu sərgiləməyin yolunu tapa bilmirsən.

Ötən mövsümdəki kimi sabit oynamaq bizim üçün çətindir, amma bəhanə axtarmağa ehtiyac yoxdur. Təqvim sıxdır, tez bir həll tapmalıyıq, bazar günü oyunumuz var. Strategiyamızı meydanda daha yaxşı çatdırmalı, diqqəti cəmləməli və yaxşı çıxış etməliyik. Bu üç oyun mənə çox şeyi göstərdi.

Yavaş oynayırıq, hərəkətlilik yoxdur, rəqib sıx müdafiə olunanda xətlər arasında boşluq tapmaqda çətinlik çəkirik. Mövsümün əvvəli olsa da, artıq bu iki oyunda olduğu kimi xallar itirə bilmərik”.

Qeyd edək ki, üç turda 5 xal toplayan "Real" hazırda lider "Barselona"dan 4 xal geri qalır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow