MY-nin sabiq forvardı bu kluba keçir - Ən ödənişli oyunçu olacaq

Sep 17, 2024 - 15:09
 0
MY-nin sabiq forvardı bu kluba keçir - Ən ödənişli oyunçu olacaq

"Mançester Yunayted"in sabiq hücumçusu Antoni Marsyal karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.

Fanat.az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Braziliya "Flamenqo"su ilə ortaq məxrəcə gələ bilməyən 28 yaşlı futbolçu Afina təmsilçisi AEK-ə keçməyə yaxındır. Mənbə paytaxt klubunun fransalı forvarda müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif etdiyini vurğulayıb. Keçid reallaşacağı halda, Antoninin klubun ən ödənişli futbolçusuna çevriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, sözügedən oyunçu 2015-ci ildən formasının geyindiyi “Mançester Yunayted”dən bu yay ayrılıb və hazırda azad agent statusu daşıyır.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow