Ronaldo 1000 qol vurmaq istəyir

Aug 29, 2024 - 16:32
 0
Ronaldo 1000 qol vurmaq istəyir

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasında 1000 qol vurmaq niyyətində olduğunu açıqlayıb.

Qol.az xəbər verir ki, bu barədə 39 yaşlı futbolçu "Mançester Yunayted"dəki keçmiş komanda yoldaşı Rio Ferdinandın "Yutub" kanalına müsahibəsində deyib:

“1000 qol hədəfinə çatmaq istəyirəm. Əgər zədəm yoxdursa, mənim üçün ən vacibi budur, bunu istəyirəm. Futbolda qazana biləcəyim ən yaxşı göstərici ilk növbədə 900 qola çatmaqdır. Bundan sonra məqsədim 1000-ə çatmaqdır".

Qeyd edək ki, hazırda portuqaliyalı oyunçunun aktivində ümumilikdə 899 qol var.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow