788 min vergi borcu olan məşhur şirkətin avtomobilləri hərraca çıxarılır – 4200 manata

Aug 27, 2024 - 16:33
 0
788 min vergi borcu olan məşhur şirkətin avtomobilləri hərraca çıxarılır – 4200 manata

Ölkənin aparıcı şərab istehsalı müəssisələrindən biri olan “Cəlilabad Şərab-2” ASC-yə (VÖEN – 8300165591) məxsus 3 ədəd avtomobil hərraca çıxarılıb
.
Yeniavaz.com xəbər verir ki, 2011-ci il istehsalı olan “Hyundai H 100” avtomobillərinin ikisinin ilkin satış qiyməti 4 200 manat, birinin qiyməti isə 4 800 manat təşkil edir.

Bildirilir ki, hərrac sentyabr ayının 6-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC-nin hazırda dövlət büdcəsinə 788 min 93 manat 6 qəpik vergi borcu var.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow