Tramp: Harrisin vitse-prezidentliyə namizədi Valzın qohumları məni dəstəkləyir

Sep 5, 2024 - 08:53
 0
Tramp: Harrisin vitse-prezidentliyə namizədi Valzın qohumları məni dəstəkləyir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun seçki yarışında iştirakını Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Tim Valzın qohumları dəstəkləyib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp Pensilvaniya ştatının Harrisburq şəhərində seçicilərlə görüşündə deyib.

“Bu gün məni şərəfləndirdilər. Mən onun (Tim Valz) qardaşı və bütün ailəsinin dəstəyini aldım. Mən onların şəklini gördüm”, - deyə qeyd edib. “Fox News”un təşkilatçısı olduğu tədbir Harrisin iştirak etməkdən imtina etdiyi debatın yerinə təşkil edilib.

Bundan əvvəl sosial şəbəkələrdə və Amerika mediasında Valzın Nebraskada yaşayan qohumlarının Trampa dəstək posterinin fonunda əks olunduğu fotoşəkil yayılıb.

İlk fotonu Nebraska qubernatorluğuna keçmiş namizəd Çarlz Herbster dərc edib. “Şəkildə Frensis Valsın nəsli - baba Tim Valsın qardaşı göstərilir”, - deyə Herbster sözçüsü Rod Edvards “Associated Press”ə məlumat verib.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow