Tramp qalib gəlsə, iğtişaşları yatırmaq üçün ordudan istifadə edə bilər – NYT

Aug 18, 2024 - 13:23
 0
Tramp qalib gəlsə, iğtişaşları yatırmaq üçün ordudan istifadə edə bilər – NYT

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkidə qalib gəlsə, lazım gələrsə, iğtişaşları yatırmaq üçün ölkə daxilində hərbi güc tətbiq edə bilər.


Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.


Bildirilib ki, Tramp Ağ Evi tərk etdikdən sonra onun komandası qanunun tətbiqi üçün ordudan istifadə etmək niyyətini hüquqi cəhətdən əsaslandıracaq siyasi sənədlər üzərində işləyib.


Nəşr iddia edir ki, bu, təkcə ölkə sərhədlərini qeyri-qanuni miqrantlardan qorumaq və cinayətkarlıqla mübarizə haqqında deyil, həm də iğtişaşları yatırmaq üçün ABŞ ordusundan istifadə etmək deməkdir.


Qeyd edək ki, 1807-ci ildə qəbul edilmiş müvafiq qanuna görə, dövlət başçısının ölkə daxilində silahlı qüvvələrdən istifadə etmək hüququ var. Bu, son çarə hesab olunur, yalnız ən təcili və ağır vəziyyətlərdə istifadə oluna bilər. Sonuncu dəfə belə hal 1992-ci ildə Los-Anceles iğtişaşları zamanı baş verib.


Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow