Zidan MY-ni çalışdırmayacağını açıqladı - Qəribə səbəb

Sep 10, 2024 - 11:23
 0
Zidan MY-ni çalışdırmayacağını açıqladı - Qəribə səbəb

"Real Madrid"in sabiq baş məşqçisi, Fransa millisində dünya və Avropa çempionu olan Zinəddin Zidan təklif alacağı təqdirdə "Mançester Yunayted"i çalışdırmayacağı açıqlayıb.

Fanat.az xəbər verir ki, bu barədə "Lequipe"-ə danışan fransalı mütəxəssis qəribə səbəb göstərib:

“Mançesterə getmək istərdimmi? Mən ingilis dilini başa düşürəm, amma bu dili mükəmməl bilmirəm. Bilirəm ki, klublara yerli dildə danışmadan gələn məşqçilər var, amma mən belə işləmirəm".

Qeyd edək ki, İngiltərə KİV-i 52 yaşlı mütəxəssisin Erik ten Haqın rəhbərliyi altında uğursuz nəticələrlə yadda qalan "Mançester Yunayted"də işləməkdə maraqlı olduğu iddia edirdi.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow