Ronaldudan tarixi nəticə - Rekord

Sep 6, 2024 - 10:24
 0
Ronaldudan tarixi nəticə - Rekord

Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçirilən Portuqaliya - Xorvatiya oyunu meydan sahiblərinin ulduz futbolçusu Kriştianu Ronaldu üçün əlamətdar olub. 

Fanat.az xəbər verir ki, portuqalların 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Ronaldu da fərqlənib. Bu, onun karyerasında rəsmi oyunlarda vurduğu 900-cü qol olub. Beləliklə, o, tarixdə bu rekorda çatan ilk futbolçu olub. Forvard "Real Madrid"in (450) və Portuqaliya millisin (131) tarixinin bombardiridir. O, həmçinin İngiltərənin "Mançester Yunayted"ində 145, İtaliyanın "Yuventus"unda 101, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında 68, Portuqaliyanın “Sportinq” komandasında 5 qol vurub.

39 yaşlı Ronaldu  Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı futbolçu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow