Ronaldonun “YouTube” kanalı rekord vurdu – 90 dəqiqəyə 1 milyon abunəçi

Aug 22, 2024 - 10:44
 0
Ronaldonun “YouTube” kanalı rekord vurdu – 90 dəqiqəyə 1 milyon abunəçi

Portuqaliyalı futbolçu Kriştianu Ronaldonun “YouTube” kanalı ilk milyon abunəçi toplamaq üçün ən sürətli vaxt rekordu müəyyənləşdirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

“Əl-Nəsr”in hücumçusu “YouTube” kanalını iyulun 8-də açıb. Lakin o, ilk videonu ötən gün - avqustun 21-də yükləyib və bir saat yarım ərzində bir milyon abunəçisinə çatıb. Hazırda kanalın 14,1 milyon abunəçisi var.

2022-ci ilin dünya çempionu, argentinalı Lionel Messinin 2006-cı ildə yaratdğı kanalın abunəçilərinin sayı isə 2,2 milyondur.

Qeyd edək ki, Ronaldonun 39 yaşı var, o, 5 dəfə “Qızıl top”un qalibi, 5 dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Karyerası ərzində o, İspaniyanın “Real Madrid”, İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Yuventus” və Portuqaliyanın “Sportinq” klublarında çıxış edib. “Real Madrid” klubunda o, klub tarixinin ən yaxşı bombardiri olub.

2022-ci ilin dekabrında Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. 2023-cü ilin avqustunda portuqaliyalı komandanın tərkibində Ərəb Çempionlar Kubokunu qazanıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow