"Oynamaq istəyirlərsə, getsinlər" - Mareska Sterlinqlə Çiluellin "qələmini qırdı"

Aug 22, 2024 - 15:55
 0
"Oynamaq istəyirlərsə, getsinlər" - Mareska Sterlinqlə Çiluellin "qələmini qırdı"

"Çelsi"nin baş məşqçisi Entso Mareska Rahim Sterlinq və Benjamin Çiluelli kollektiv məşqlərdən uzalqaşdırmasına münasibət bildirib.

Fanat.az xəbər verir ki, jurnalist Ben Ceykobs onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Onlar ayrı məşq edirlər.Durumları bəllidir. Bizim böyük heyətimiz var və futbolçuların hamısına oynamaq fürsəti yaratmaq mümkün deyil. Oynamaq istəyirlərsə, yaxşı olar ki, getsinlər. 

Dürüst olmağa çalışıram. Rahimlə "Mançester Siti" ilə oyundan öncə (0:2) danışdım. Ona dedim ki, forma şansı qazanması çətin olacaq. Sterlinqin pis futbolçu olduğunu demirəm, amma mən digər vingerlərə üstünlük verirəm. Benjamin də yaxşı oğlandır. Özünə mövqe uğrunda rəqabət aparacağına inanmadığımı söyləmişəm. Bu qəddarlıq kimi görünsə də, əslində reallıqdır".

Xatırladaq ki, "Çelsi" bu gün Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində İsveçrənin "Servett" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow