Qocaldıqca coşan qoleadordan unikal göstərici - Premyer Liqa tarixində onun kimisi olmayıb

Aug 20, 2024 - 10:49
 0
Qocaldıqca coşan qoleadordan unikal göstərici - Premyer Liqa tarixində onun kimisi olmayıb

Premyer Liqanın 1-ci turunun “Lester Siti” – “Tottenhem” oyunu 1:1 hesabı ilə başa çatıb.

Fanat.az xəbər verir ki, "tülkülər"in heyətində Ceymi Vardi fərqlənib. 

"Opta"-nın hesablamasına görə, bu, 37 yaşlı futbolçunun Premyer Liqada 30 yaşından sonra vurduğu 103-cü qol olub. Bu tarixi göstəriciyə görə o, İan Raytı qabaqlayaraq birinci yerdədir.

Qeyd edək ki, Vardi ümumilikdə Premyer Liqada vurduğu qolların 75 faizini 30 illik yubileyindən sonra vurub. Onun çempionatdakı qol sayı 137-yə bərabərdir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow