"Mbappe ketçup qabına bənzəyir"

Sep 4, 2024 - 19:26
 0
"Mbappe ketçup qabına bənzəyir"

"Real"ın sabiq futbolçusu Xoselu Madrid təmsilçisinin oyunçusu Kilyan Mbappe barədə danışıb.

Qol.az xəbər verir ki, hazırda Qətərin "Al-Qarafa" klubunun formasını geyinən 34 yaşlı forvard 26 yaşlı hücumçu haqqında maraqlı fikirlər səsləndirib:

"Mbappenin "Real"dakı ilk matçları haqqında yazılan rəylərə əhəmiyyət vermirəm. Mən "Real"ın necə bir klub olduğunu bilirəm. Mbappenin də hansı formada olduğunu bilirəm. Mən onun qollar vuracağına şübhə etmirəm. Mbappe kütçup qabına bənzəyir. Əvvəlcə üzərinə basırsınız və heç nə çıxmır. Lakin sonra bütün ketçup bir anda boşqabınıza tökülür. Mbappe "Real"ın tarixinə düşəcək. 

Qeyd edək ki, Xoselu ötən ilin yayından "Real"da oynayırdı və bu yay "Al-Qarafa"ya keçib. Mbappe isə bu ilin yayında PSJ ilə müqaviləsi başa çatdıqdan sonra Madrid klubuna transfer olunub. O, komandada 5 oyuna çıxıb, 3 qol vurub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow