ABŞ Maduronun təyyarəsinə həbs qoydu – CNN

Sep 2, 2024 - 21:08
 0
ABŞ Maduronun təyyarəsinə həbs qoydu – CNN

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub və onu Floridaya göndərib.

Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Bildirilir ki, Vaşinqtonun fikrincə, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb.

O, bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub. 

Əməliyyatda ABŞ Ədliyyə Departamentinin, Daxili Təhlükəsizlik Departamentinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları iştirak ediblər.

“Xarici dövlət başçısının təyyarəsinə həbs qoyulması görülməmis bir hadisədir. Biz açıq şəkildə bildirmək istəyirik ki, heç kim qanundan və heç kim Amerika sanksiyalarından üstün deyil”, - adının açıqlanmasını istəməyən Amerika rəsmisi nəşrə deyib.

Nəşr qeyd edir ki, bu insident ABŞ və Venesuela arasında onsuz da soyuq münasibətlərin kəskinləşməsindən xəbər verir.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow