“Paşa Holdinq”ə bağlı ən böyük daşınmaz əmlak şirkəti cərimələnə bilər

Sep 12, 2024 - 13:59
 0
“Paşa Holdinq”ə bağlı ən böyük daşınmaz əmlak şirkəti cərimələnə bilər

Azərbaycanda daşınmaz əmlakın, o cümlədən də otellərin idarə olunması sahəsində fəaliyyət göstərən ən böyük şirkət – “PMD Group” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib.

Yeniavaz.com xəbər verir ki, “PMD Group” MMC barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “PMD Group” MMC aktivlərinə görə ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq” ilə eyni ünvanda yerləşir. Barəsində Dövlət Vergilər Xidmətinin reyester bölməsində heç bir məlumat olmayan şirkətin rəsmi veb-saytında qeyd olunur ki, “PMD Group” aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.

“PMD Group”un idarə etdiyi yaşayış və kommersiya binaları, həmçinin otellər aşağıdakılardır:
“Hillside Residence”
“Nizami Boutique House”
“Xəzər Rezidens”
“Gumush Residence”
“Vurgun Residence”
“Ağdam Rezidens”
“Bayıl Plaza”
“Üzeyr Hacıbəyli 57”
“Çinar Plaza”
“Dalğa Plaza”
“Sahil Plaza”
“BEGOC Biznes Mərkəzi”
“Dalga Beach Aquapark resort”
“Garabagh Resort and Spa”
“Gashalti Health Hotel Naftalan”
“Lankaran springs Wellness Resort”
“Paulaner Brauhaus”
“Qalaaltı Hotel and Spa”
“Shamakhi Palace Sharadil”

Onu da qeyd edək ki, son illər onlarla şirkət ləğv olunaraq “PMD Group”a qoşulub.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow