Zelenski və Si Szinpin oktyabrda görüşə bilər - "Reuters"

Sep 12, 2024 - 19:24
 0
Zelenski və Si Szinpin oktyabrda görüşə bilər - "Reuters"

Ukrayna prezidenti Volodimir Zelenski ilə Çin lideri Si Szinpin arasında görüş oktyabrın əvvəlində baş tuta bilər.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu Pekində keçirilən Syanşan Forumu zamanı Ukrayna xarici işlər nazirinin keçmiş müavini Valeri Çalıy deyib.

Çalıy iddia edir ki, Kiyev və Pekin arasında diplomatik münasibətlər yaxşılaşıb və indi görüş mümkündür.

"İndi biz Ukraynada hamımız prezident Zelenski ilə prezident Si arasında hansısa təmasları, birbaşa təmasları gözləyirik” deyən Çalıy Çinin Avropa təhlükəsizliyini bərpa etmək səylərini qeyd edib.

Agentliyin qeyd etdiyi kimi, Pekin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı neytral mövqe tutub, lakin Moskva ilə yaxın strateji əlaqələr saxlayır və iyunda Ukraynanın təşkil etdiyi sülh sammitinə qatılmayıb.

Jurnalistlər onu da xatırladırlar ki, Zelenski bu dəfə Rusiyanın iştirakı ilə noyabrda daha bir sammit keçirmək niyyətindədir.

Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun Avropa Araşdırmaları Departamentinin direktoru Tsuy Hunstyan, Çinin gələcək sammitə qoşulmağa açıq olduğunu, çünki səylərinin "boşa getməsini" istəmədiyini söyləyib.

"Biz sülhə töhfə verəcək hər şeyi etməyə hazırıq" deyən Tsuy Si Cinpin və Zelenski arasında görüş perspektivləri ilə bağlı sualı cavablandırıb.

"Reuters” həmçinin vurğulayır ki, Çin "arxa həyətində ərazi mübahisələrinə qarışmasına baxmayaraq” özünü beynəlxalq münaqişələrdə məsuliyyətli oyunçu kimi göstərməyə çalışır.

Xatırladaq ki, bundan əvvəl Volodimir Zelenski Braziliya və Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsini həll etmək təklifini "destruktiv” adlandırıb.

Xəbərə reaksiyanız necə oldu?

like

dislike

love

funny

angry

sad

wow