Cəmiyyət
Əməkdar artist polis mayoru imiş (FOTO)
Əməkdar artist Elnur Zeynalovun başqa bir peşəsi ortaya çıxıb.
AzToday.az Milli.Az-a istinadla xəbər verir ki, xanəndə polis mayoru formasında çəkdirdiyi şəklini paylaşıb.
Məlum olub ki, Elnur Zeynalov 2019-cu ilin 4 oktyabr tarixində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Patrul Xidməti Alayının 9-cu tağımının baş inspektoru təyin edilib.
Qeyd edək ki, bu təyinat zamanı əməkdar artist hələ kapitan rütbəsini daşıyırdı.