Sağlamlıq

COVİD ağcaqanadların orqanizmində nə qədər yaşayır?

Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun təbii fokal xəstəliklərin diaqnozu üçün yeni metodların inkişafı üzrə elmi qrupun rəhbəri Lüdmila Karan ağcaqanadların koronavirus daşıyıcısı olub-olmadığınına aydınlıq gətirib.

Qaynarinfo bu haqda “Sputnik Radio”ya istinadla xəbər verir.

Onun sözlərinə görə, COVID-19 əksər ağcaqanad növünün orqanizmində 24 saat ərzində ölmüş olur. Əlavə olaraq, ağcaqanadların daşıdığı viruslar və bakteriyalar qan dövranı, limfa və sinir sisteminin hüceyrələrində çoxaldıqları üçün ümumiyyətlə, tənəffüs yollarının xəstəliklərinə səbəb olmur.

Qeyd olunur ki, bu qənaət bu il aparılan tədqiqatlara əsaslanır. Təcrübədə Çində yayılmış ağcaqanadların əsas növləri sınaqdan keçirilib.

Bənzər yazılar

Back to top button