Digər

Bloger Emin Manafovun evi söküldü

Bloger Emin Manafovun evi sökülüb.

Bu barədə bloger Emin Manafov özü AzToday.az-a məlumat verib.

Onun sözlərinə görə evinin sökülməsinin sifarişini Sabunçu rayon İcra Hakimiyyəti verib:

“Bloger kimi fəaliyyətimi dayandırmağlmla bağlı mənə dəfələrlə xəbərdarlıq edilmişdi. Hakimiyyəti tənqidi fikirlərimə görə mənə qarşı bütün təzyiqlərdən istifadə edir. Xüsusilə Sabunçi icra hakimyyəti bu işdə fəallıq edir və bu yolla mənim siyasi fəaliyyətimi məhdudlaşdırmaq istəyirlər. İllərlə əlimin zəhmətilə bu evi qurmuşdum. Korrpusiyalaşmış məmurlardan fərqli olaraq, mən bu evi ərsiyə gətirmək üçün illərlə çalışmış, halal qazandığım pulla evi tikmişdim. Təəssüf ki, hökümət müxalif düşüncəli insanları özünə düşmən bilir və buna görə də qisas alirlar. Amma bu məni yolla haqlı bildiyim yoldan döndərə bilməzlər. Bundan sonra hakimiyyətin talançı siyasıruini ifşa etməkdə davam edəcəyəm”.

Emin Manafovun sözlərinə görə, evinin sökülməsinin əsas səbəbi xalqın pulları ilə özlərinə dəbdəbəli saraylar tikən məmurları ifşa etməsi ilə olub.

Bənzər yazılar

Back to top button