Siyasət

Dövlət Departamenti Laçın və digər yolların eyni vaxtda açılmasına çağırıb

Cümə axşamı ABŞ Azərbaycan və Ermənistanı “humanitar yüklərin Dağlıq Qarabağa çatdırılması üçün Laçın və digər marşrutları dərhal və eyni zamanda açmaqdan” ötrü birlikdə işləməyə çağırıb. Bu barədə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim bildirib, Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Cümə axşamı səfir Kim “Vaşinqtonun Dağlıq Qarabağdakı humanitar vəziyyətlə əlaqədar ciddi narahatlığı” ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda söhbət edib.

“Marşrutların açılması və birbaşa danışıqlar həll olunmamış məsələlərin həlli üçün açardır”, – Dövlət Departamentinin Tvitterdə yayılan məlumatında deyilir.

Səfir Kim Ceyhun Bayramovla söhbət zamanı üç erməni tələbənin azad edilməsini alqışlayıb.

Bənzər yazılar

Back to top button