DünyaGündəm

Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

Ölkədə 100 nəfərə yaxın ölüm qeydə alınıb

AzToday.az-ın “Telegram” kanalına istinadən verdiyi məlumata görə, 9 aprel cümə axşamı gününə qədər Rusiyada 10 min 131 nəfərdə koronavirus infeksiyası təsdiqlənib.

Moskva Operativ Qərargahının verdiyi məlumata görə, gün ərzində koronavirusa yoluxan xəstələrin sayı 1459 nəfər artıb. 8-9 aprel tarixlərində Rusiyanın 50 bölgəsində koronavirusa yoluxma qeydə alınıb. Yalnız Rusiyanın dörd bölgəsində – Nenets Muxtar Diyarında, Altay və Tuva respublikalarında, həmçinin Çukotkada koronavirusa yoluxma faktı aşkarlanmayıb.

Operativ qərargahdan verilən məlumata görə, Rusiyada 76 nəfərin ölümü təsdiqlənib, bir gündə 13 nəfər ölüb. Rusiyada əksər hallarda yaşlı insanlar və xroniki xəstəlikləri olan xəstələr ölürlər. Daha əvvəl Moskvada ölənlərin ümumi sayı 38-ə yüksəlib.

Bənzər yazılar

Back to top button