Dünya

“Noviçok” maddəsi ilə zəhərlənən qadın öldü

İngiltərə ötən günlərdə “Noviçok” maddəsi ilə zəhərlənən şəxslərdən olan Daun Starqess dünyasını dəyişib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 3 uşaq anası olan 44 yaşlı Starqesslə birlikdə zəhərlənən sevgilisi Çarli Rouli isə xəstəxanadadır. Hadisə ilə bağlı cinayət işinə başlanılıb.

Qeyd edək ki, ötən aylarda sabiq rus agenti Sergey Skripal və qızı Yuliya Skripal İngiltərədə “Noviçok” maddəsi ilə zəhərlənmiş, hadisədə Rusiya günahkar elan edilmiş və böyük diplomatik böhran yaranmışdı.

Bənzər yazılar

Back to top button