Dünya

S-400-ün sınağı ABŞ-da qəzəb yaratdı: “Türkiyə artıq qırmızı xətti keçdi” (VİDEO)

ABŞ Konqresi Senatının üzvü Kristofer Van Hollen Rusiyanın S-400 zenit-raket sistemlərinin Türkiyədə sınaqdan keçirilməsinə qəzəbini dilə gətirib.

Qaynarinfo xəbər verir ki, o bu haqda Tvitterdəki mikrobloqunda yazıb.

Van Hollen Türkiyənin artıq qırmızı xətti keçdiyini qeyd edib:

“Vaşinqtona səfərdən ikicə həftə sonra Prezident Ərdoğan S-400 radarlarını sınaqdan keçirməyə başlamaqla Trampa, ABŞ-a və NATO-ya növbəti qırmızı xətti keçərək gözdağı verib. Qanunvericiliyimiz Trampın Türkiyəyə qarşı sanksiya tətbiq etməsini tələb edir”.

Bu arada İhlas Xəbər Agentliyi S-400-lərin Ankarada keçirilən sınağıyla bağlı video görüntüləri paylaşıb.

Bənzər yazılar

Back to top button